AGF-nin vitse-prezidenti Paris-2024 iştirakçıları ilə görüşüb
22.07.2024 - 19:42

Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək gimnastlar və nümayəndə heyəti ilə görüşüb.
Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Altay Həsənov gimnastların Paris-2024 Olimpiadasına hazırlığı ilə maraqlanıb, onlara məsul yarışda uğurlar arzulayıb.
Qeyd edək ki, Fransa paytaxtında ölkəmizi bədii gimnast Zöhrə Ağamirova, batut gimnastikasında Selcan Mahsudova və qrup hərəkətləri komandası təmsil edəcək.
0
0