Akrobatlarımız Polşada qızıl medal qazanıblar
03.06.2024 - 01:21

Polşanın Jeşuv şəhərində akrobatika gimnastikası üzrə beynəlxalq turnir keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi 13-19 yaş kateqoriyasında fərqlənib.
Yığmamızın heyətində Nəzrin Zeyniyeva, Anahita Bashiri və Zəhra Rəşidova qızıl medal qazanıblar.
0
0