Gənc gimnastlarımız 2 gümüş medal qazandı
05.05.2024 - 23:15

Bakıda təşkil olunan bədii gimnastika üzrə Avropa kuboku yekunlaşıb.
Apasport.az xəbər verir ki, Azərbaycanın gənc gimnastları 2 medal qazanıblar.
Şəms Ağahüseynova lentlə, İlahə Bahadırova isə topla çıxışda gümüş medala yiyələnib. Gövhər İbrahimova beynəlxalq yarışı 7-ci pillədə başa vurub.
Yekunda Azərbaycan yığması Avropa kubokunu 4 medalla başa vurub. Digər 2 medalı böyüklərin çıxışında qrup hərəkətləri komandası qazanıb.
Qeyd edək ki, ilk dəfə təşkil olunan beynəlxalq yarışda 37 ölkədə 160 gimnast yarışıb.
0
0