Gimanstlarımız da Fransaya yola düşüblər
06.08.2024 - 13:51

Bədii gimnastika üzrə Azərbaycan yığması Paris-2024 Yay Olimpiya Oyunlarına yollanıb.
Apasport.az xəbər verir ki, bu növdə yarışlar avqustun 8-10-da "Port-de-la-Şapel"də baş tutacaq.
Zöhrə Ağamirova fərdi, Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət yığmamız qrup hərəkətlərində mübarizə aparacaq. Rəsmi podium məşqi avqustun 7-də baş tutacaq.
0
0