Gimnastika hakimlərimiz yeni kateqoriyaya yüksəliblər
07.02.2025 - 11:48

Macarıstanın Budapeşt şəhərində Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən 2025-2028-ci illər üçün beynəlxalq hakimlik kursları keçirilib.
Gimnastika Federasiyasından apasport.az-a verilən məlumata görə, kurslarda Azərbaycanın kişi idman gimnastikası üzrə hakimləri Zəkəriyyə Muradlı və Eldar Səfərov iştirak ediblər.
Onlar kurs üzrə yekun imtahanla müxtəlif kateqoriyaya sahib olublar. Belə ki, Muradlı 3-cü, Səfərov isə 4-cü kateqoriyaya layiq görülüb.
0
0