Monteneqro və AGF arasında Memorandum imzalanıb
03.05.2024 - 22:39

Monteneqro və Azərbaycan Gimnastika Federasiyaları arasında anlaşma Memorandumu imzalanıb.
Apasport.az xəbər verir ki, memorandum gimnastikanın inkişafı və təbliği məqsədilə nəzərdə tutulub.
Anlaşma AGF-nin baş katibi Nurlana Məmmədzadə və Monteneqro Gimnastika Federasiyasının prezidenti xanım Radonic Vesna tərəfindən imzalanıb. Əməkdaşlığın federasiyalararası təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu bildirilib.
0
0