4 güləşçimiz finalda
15.05.2024 - 22:52

Bu gün Yunanıstanın Lutraki şəhərində güləş üzrə U-15 Avropa çempionatına start verilib.
Apasport.az xəbər verir ki, yarışın ilk günü millimiz üçün uğurlu olub.
Yığmamızın 4 güləşçisi finala vəsiqə qazanıb. Sabah keçiriləcək həlledici görüşlərdə idmançılarımızın rəqibləri rusiyalı həmkarları olacaq.
Qeyd edək ki, daha bir neçə güləşçimiz sabah bürünc medal uğrunda mübarizə aparacaq.
41 kq
İbrahim Həsənov - Mustafa Bersanukayev (AİN)
52 kq
Rəşid Nazarov - Musa Santikov (AİN)
62 kq
Ruslan Vəliyev - Yaroslav Koloda (AİN)
75 kq
Nihad Süleymanlı - Şamil Abakarov (AİN)
0
0