Cocu Səmədovdan gümüş medal
03.09.2024 - 21:56

İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir
Apasport.az xəbər verir ki, bu gün yunan-Roma güləşçiləri arasında ilk medalçılar müəyyənləşib.
87 kq çəkidə Cocu Səmədov finala qədər bütün rəqiblərini məğlub edib. Azərbaycan təmsilçisi yalnız həlledici matçda Qırğızıstan güləşçisinə uduzaraq, gümüş medalçı olub - 0:8.
Qeyd edək ki, Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsil olunur. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.
0
0