Daha bir güləşçimiz Dünya Çempionatında finala yüksəlib
20.08.2024 - 18:47

Ammanda keçirilən U-17 Dünya Çempionatında daha bir güləşçimiz yarımfinal mərhələsindəndöşək üzərinə çıxıb.
Apasport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Cavadov amerikalı dünya çempionu Pol Raniyə ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn təmsilçimiz turnirin final mərhələsinə vəsiqə qazanıb. Görüş 2:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, bundan əvvəl 51 kq çəki dərəcəsində Turan Daşdəmirov finala vəsiqə qazanmışdı.
0
0