Güləş millimizdən növbəti medal
08.09.2024 - 21:43

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatına yekun vurulub.
Apasport.az xəbər verir ki, millimiz turnirdə daha bir medal qazanıb.
Anar Cəfərli ilk görüşündə Nikita Qobaretsi 10:0 hesabı ilə məğlub edib. O daha sonra Sali Yusrefova 3:5 hesabı ilə uduzub. Rəqib finala yüksəlib və Anar bürünc uğrunda təsəlliverici görüşdə hindistanlı Amin Sinki 10:4 hesabı ilə məğlub edib. O, amerikalı Konnor Mirasola ilə mübarizədə qalib gələrək 3-cü pillənin sahibi olub.
0
0