Güləşçimiz Dünya Çempionatının finalına vəsiqə qazanıb
20.08.2024 - 18:34

Ammada keçirilən güləş üzrə U-17 Dünya Çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün 51 kq çəki dərəcəsində mübarizə aparan yunan-roma güləşçimiz Turan Daşdəmirov yarımfinal görüşünə çıxıb.
Onun bu mərhələdəki rəqibi qazaxıstanlı Yerassil Mussana olub. Rəqibinə 4:1 hesabı ilə qalib gələn təmsilçimiz turnirin finalına vəsiqə qazanıb.
0
0