Güləşçimiz Dünya Çempionatının gümüş medalını qazanıb
25.08.2024 - 20:37

İordaniyanın paytaxtı Ammanda keçirilən güləş üzrə U-17 Dünya Çempionatı bu gün başa çatır.
Apasport.az xəbər verir ki, güləşçimiz Hüseyn İsmayılov yarışın final görüşünə çıxıb.
60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Hüseyn İsmayılov qırğızıstanlı Omurbek Uluya 1:5 hesabıyla məğlub olub və turnirin gümüş medalını qazanıb.
0
0