Həsrət Cəfərovun rəqibi bəlli oldu
08.08.2024 - 13:15

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərovun Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti rəqibi dəqiqləşib.
Apasport.az xəbər verir ki, təmsilçimiz bürünc mükafat uğrunda Qırğızıstandan olan Amantur İsmayılovla üz-üzə gələcək.
Amantur təsəlliverici dueldə Mate Nemesi (Serbiya) üstələyib - 8:0.
Qeyd edək ki, Amantur İsmayılov dünya çempionatlarının gümüş və bürünc mükafatçısıdır.
0
0