Karateçilərimiz Qırğızıstanda keçirilən beynəlxalq turnirində medallar qazanıblar
01.02.2025 - 15:56

Azərbaycan karateçiləri Qırğızıstanın Bişkek şəhərindəki “Bishkek Open” beynəlxalq turnirində medallar qazanıblar.
Apasport.az xəbər verir ki, idman karatesi üzrə yığmanın üç üzvü fəxri kürsüyə qalxıb.
Kumite yarışlarında böyüklər arasında Aslan Dostuyev (67 kq) qızıl, 16-17 yaşlı gənclər arasında Rauf İmanov (61 kq) gümüş, Ömər Əliyev (30 kq) 10-11 yaşlı uşaqlar arasında bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, turnirdə 1000-ə yaxın idmançı iştirak edib.
- Azərbaycan Karate Federasiyasının rəhbərliyi millinin üzvləri və məşqçilərlə görüş keçirib
- Füzuli Musayev: "Rafael Ağayevin belə müsahibə verəcəyini gözləmirdim"
- AKF-nin prezidenti: "Rafael Ağayev bizimçün çox dəyərli idmançıdır"
- Elzar Yusubovun xatirəsinə həsr olunmuş karate turniri keçiriləcək
- 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş karate turnirinə yekun vurulub - FOTO
0
0