Super Liqa: “Sivasspor”dan heç-heçə, “Antalyaspor”dan qələbə
22.02.2025 - 19:29
Super Liqa: “Sivasspor”dan heç-heçə, “Antalyaspor”dan qələbə

Türkiyə Super Liqasında XXV turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, "Sivasspor" öz meydanında "Konyaspor"u qəbul edib.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Turun digər matçında isə "Kasımpaşa" səfərdə "Antalyaspor"la üz-üzə gəlib.

Gərgin keçən matçda ev sahibləri 2:1 hesanlı qələbəyə seviniblər.

Türkiyə Super Liqası
XXV tur

14:30. “Sivasspor” - “Konyaspor” - 1:1
17:00. “Antalyaspor” - “Kasımpaşa” - 2:1