Azərbaycan çempionatının final oyunları başlayır
13.02.2025 - 09:43

Bu gün şahmat üzrə Azərbaycan çempionatının final oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, həlledici raundda Şəhriyar Məmmədyarovla Rauf Məmmədov üz-üzə gələcəklər.
Üçüncü yer uğrunda qarşılaşmada Teymur Rəcəbovla Misrətdin İskəndərov münasibətlərə aydınlıq gətirəcəklər.
Qadınlarda isə Gövhər Beydullayeva ilə Günay Məmmədzadə finalda görüşəcəklər. Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova üçüncü yer uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, bu cütlər arasında ikinci partiyalar fevralın 14-də baş tutacaq.
- Şahmat üzrə Azərbaycan çempionatının final mərhələsinə start verilib
- Azərbaycan çempionatı: Teymur Rəcəbov üçüncü yer uğrunda mübarizədən imtina etdi
- Şahmat üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib
- Təmsilçimiz iranlı şahmatçını məğlub edib
- Şəhriyar Məmmədyarovun rəqibi bu gün müyyənləşəcək
0
0