Serbiya klubu “Kral klubu”nun rekordunu qırdı
10.12.2023 - 22:00

Serbiya "Srvena Zvezda"sı "Real"ın rekordunu qırıb.
Apasport.az xəbər verir ki, "ulduzlar" ölkə Superliqasının 18-ci turunda "Mladost"a qalib gəliblər (3:1). Komanda bununla da ardıcıl 122-ci ev oyununda (2017-ci ildən bəri) qələbə qazanmış olub. "Srvena Zvezda" belə göstərici ilə "Real"ı geridə qoyub və rekord qırıb.
Madrid klubu 1957-1965-ci illərdə ardıcıl 121 görüşündə qalib gəlmişdi.
0
0