Kizdən sensasiya, Sobolenko finalda məğlub oldu
25.01.2025 - 15:37

“Australian Open-2025”də qadınların yarışına yekun vurulub.
Apasport.az xəbər verir ki, bu gün turnirin final görüşü keçirilib.
Həlledici dueldə belaruslu Arina Sobolenko ilə ABŞ təmsilçisi Medison Kiz üz-üzə gəlib.
Amerikalı tennisçi sensasiyaya imza ataraq, qələbə qazanıb – 6:3, 2:6, 7:5.
Bu, onun “Böyük dəbilqə” turnirində ilk titulu olub.
0
0