Azərbaycan çempionatında IV tura yekun vurulur: "Neftçi" "Gənclər"ə qarşı
08.01.2025 - 09:21

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün IV tura yekun vurulacaq.
Apasport.az xəbər verir ki, sonuncu oyunda "Neftçi" "Gənclər"lə üz-üzə gələcək.
Qarşılaşma saat 16:00-da start götürəcək.
Qeyd edək ki, ötən gün "Azərreyl" MOİK-i, "Murov Az Terminal" isə "Xilasedici"ni 3:0 hesabı ilə üstələyib.
0
0