
Bu gün qadın voleybolçular arasında Yüksək Liqada XIII turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, bütün qarşılaşmalar Bakıda baş tutub.
Günə liderlərin matçı ilə start verilib. “Milli Aviasiya Akademiyası” və “Abşeron” GİN-in Voleybol Mərkəzində üz-üzə gəlib. Birincilər rəqibə heç bir imkan verməyərək 3:0 hesabı ilə qalib gəliblər. Bundan sonra rəqiblər arasındakı fərq ikiyə enib.
Yüksək Liqa (qadınlar)
27 fevral
XIII tur
16:00. “Milli Aviasiya Akademiyası” - “Abşeron” - 3:0 (25:21, 25:22, 25:22)
GİN-in Voleybol Mərkəzi
17:00. UNEC - “Azərreyl” - 0:3 (14:25, 18:25, 15:25)
UNEC VK-nın idman zalı