"Hannover" bu Türkiyə nəhəngini məhkəməyə verib
14.07.2024 - 11:11

Almaniyanın “Hannover” klubu “Qalatasaray”ı məhkəməyə verib.
Apasport.az xəbər verir ki, proses İstanbul təmsilçisinin qış transfer dövründə heyətinə qatdığı Derrik Könlə bağlıdır.
Belə ki, “sarı-qırmızılar” almanlara edilməli olan ödənişləri gecikdirib. “Qalatasaray” 25 yaşlı futbolçunu 3.35 milyon avroya transfer etmişdi.
Qeyd edək ki, Kön yeni komandasında 15 oyuna çıxıb, 1 qol vurub, 2 qol ötürməsi verib.
0
0