Alleqriyə “Əl-Hilal”dan təklif
12.06.2023 - 15:16

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri yeni təklif alıb.
Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis “Əl-Hilal”ın hədəfindədir.
Səudiyyə Ərəbistanı təmsilçisi ona 3 il üçün 70 milyon avro təklif edib. Alleqri təklifi qəbul etsə, hər mövsüm 20 milyon, müqavilə imzaladığı üçün 10 milyon alacaq.
55 yaşlı mütəxəssis “Yuventus”da ilə 7 milyon qazanır. O, asiyalıların təklifini nəzərdən keçirir.
Qeyd edək ki, “Yuventus” ötən mövsüm A seriyasında 7-ci yeri tutub.
0
0