
2024-cü il Avropa çempionatında qrup mərhələsinin ən yaxşı qapıçısı seyvlərin sayına görə müəyyənləşib.
Apasport.az UEFA-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu, Gürcüstan millisinin qapıçısı Giorgi Mamardaşvili olub.
Gürcüstanlı qolkiper 3 oyunda 21 seyv edib, 4 qol buraxıb.
Reytinqdə ikinci yeri rumıniyalı Florin Nita tutub. Üçüncü yeri Canluici Donnarumma (İtaliya), Anqus Qun (Şotlandiya), Martin Dubravka (Sloveniya), Koen Castells (Belçika) və Bart Verbruggen (Hollandiya) bölüşdürüb.
AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyanın futbol meydançalarında keçiriləcək. Hazırkı çempion 2020-ci il Avropa çempionatının finalında İngiltərəni məğlub edən İtaliya komandasıdır.