İtaliya millisinin əsas oyunçusu 1/8 final matçını buraxacaq
25.06.2024 - 13:52

İtaliyanın mərkəz müdafiəçisi Rikkardo Kalafiori AVRO-2024-ün 1/8 final mərhələsinin oyununu buraxacaq.
Apasport.az xəbər verir ki, "Bolonya"nın şərəfini qoruyan 22 yaşlı futbolçu sarı vərəqə limitini keçib.
O, Xorvatiya ilə qrup mərhələsinin 3-cü turunda sarı vərəqə alıb.
Belə ki, İsveçrə ilə 1/8 final matçında millinin çalışdırıcısı Luçano Spalletti qrupda hər 3 görüşü başdan sona qədər keçirən Kalafiorisiz qalmalı olacaq.
Qeyd edək ki, İtaliya iyunun 29-da İsveçrə ilə qarşılaşacaq.
0
0