2 klubumuz Anton Krivotsyuku istəyir
29.12.2022 - 13:43

Azərbaycan millisinin və “Visla”nın müdafiəçisi Anton Krivotsyuk yenidən ölkəmizə qayıda bilər.
Apasport.az saytına verilən məlumata görə, Premyer Liqanın 2 klubu 24 yaşlı müdafiəçinin xidmətində maraqlıdır.
“Neftçi” və “Sabah” Plotsk təmsilçisi ilə 2024-cü il iyunun 30-na qədər müqaviləsi olan yığmamızın futbolçusu ilə güclənməyi hədəfləyib. Lakin Krivotsyukun hansı qərarı verəcəyi qış fasiləsində bəlli olacaq.
Milli üzvü bu mövsüm Polşa çempionatında 17 turda 8 görüşə çıxıb və 1 qol vurub.
0
0