3x3 basketbol millimiz Fransada mübarizəyə başlayır
14.06.2024 - 09:15

Bu gün qadınlardan ibarət 3x3 basketbol üzrə Azərbaycan millisi Fransanın Klermon-Ferran bölgəsində keçirilən Dünya Qadın Seriyasında mübarizəyə başlayır.
Apasport.az xəbər verir ki, yığma D qrupunda Filippin və Niderland ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu, Dünya Qadın Seriyasının beşinci mərhələsidir. Dörd mərhələdən sonra Azərbaycan komandası 45 xalla 19-cu yerdədir.
0
0