69-cu oldu - “Sabah”ın futbolçusu
16.11.2022 - 22:09

Aleksey İsayev Azərbaycan millisində qol hesabını açıb.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Moldova ilə yoldaşlıq görüşündə fərqlənib.
Kişinyovdakı matçda 27 yaşlı pleymeyker özünün yığmadakı 10-cu oyununda ilk qolunu vurub. “Sabah”ın futbolçusu yığma tarixinə qol sevinci yaşayan 69-cu oyunçu kimi düşüb. Bu görüşə qədər 68 futbolçumuz rəqib qapısına yol tapıb.
Qeyd edək ki, birinci hissəsi gedən Moldova – Azərbaycan oyununda komandamız 2:0 hesabı ilə öndədir.
0
0