“Adana Demirspor” Şahruddin Məhəmmədəliyevin transferini açıqladı
08.09.2023 - 17:00

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin “Adana Demirspor”a keçidi açıqlanıb.
Apasport.az saytı verir ki, Türkiyə klubu “Qarabağ”ın sabiq futbolçusu ilə müqaviləni rəsmiləşdirib.
O, qarşıdakı 2 ildə “Adana Demirspor”un uğurları üçün çalışacaq.
Qeyd edək ki, Məhəmmədəliyev 2016-cı ildən “Qarabağ”da oynayırdı.
0
0