
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, toplantıda Misli Premyer Liqasının XII turunda keçirilən matçlarda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.
“Kəpəz”lə oyunda 4 futbolçusu sarı vərəqə alan “Səbail” 800 manat cərimələnib. Matçın 40-cı dəqiqəsində birbaşa qırmızı vərəqə alan qonaqların oyunçusu Nihad Qurbanlıya 1 oyun cəza, klubuna 200 manatlıq cərimə tətbiq olunub.
“Zirə” – “Neftçi” görüşündə jurnalistlər zona 1-də PFL-in verdiyi akkreditasiyaları üzərlərində görünən şəkildə asmadıqları üçün ev sahiblərinə xəbərdarlıq olunub.
“Şamaxı” – “Qarabağ” qarşılaşmasında isə qonaqların azarkeşləri tərəfindən Şamaxı stadionunda 12 ədəd plastik oturacağın sıradan çıxarılmasına görə stadiona ziyan vurulduğu üçün dəymiş ziyan ağdamlılar tərəfindən tam ödəniləcək.
- Ronaldonun qazancına alına bilər - 6 təyyarə, 533 ada, 1351 ev...
- “Lex” – “Qarabağ” oyununa böyük maraq: 50 dəqiqəyə 5000 bilet
- "Araz" "Səbail"i Sumqayıtda qəbul edəcək
- Qurban Qurbanov davam edən danışıqlardan və Lunyovun transferinin alınmamasından danışdı - Video
- 2 boksçumuzdan Millətlər kubokunda qızıl medal