AFFA-dan üç oyunluq cəza
02.12.2024 - 19:21

“Göygöl”ün futbolçusu Elşən Mirzəyevin durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
II Liqa təmsilçisinin futbolçusu X turdakı hərəkətinə görə cəza alıb. O, “Göygöl” – “Şəfa” oyununun 83-cü dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.
AFFA Mirzəyevi 3 oyunluq diskvalifikasiya edib. “Göygöl” 200 manat cərimə ödəməli olacaq.
0
0