AFFA İcraiyyə Komitəsinin iclası Gəncədə keçiriləcək
01.03.2024 - 10:58

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.
Apasport.az xəbər verir ki, iclas saat 14:00-da Gəncədə baş tutacaq.
Toplantıda bu mövzular müzakirə ediləcək:
1. AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının tarixinin müəyyən edilməsi;
2. Digər məsələlər.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin iclasının yanvarın 11-də Gəncədə təşkili planlaşdırılsa da, sonradan təxirə salınmışdı.
0
0