AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək
14.08.2023 - 16:29

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Apasport.az saytının məlumatına görə, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.
Tədbir avqustun 16-da keçiriləcək. Yığıncaq AFFA-nın inzibati binasında təşkil olunacaq.
Saat 10:00-da başlayacaq iclasın gündəliyində əsas məsələ 2023/2024-cü illər mövsümündə II Liqada çıxış edəcək komandaların siyahısının təsdiqlənməsidir. Komitə digər məsələləri də nəzərdən keçirəcək.
0
0