AFFA rəhbərliyi UEFA Konqresində iştirak edəcək
08.02.2024 - 09:43

Bu gün Fransanın paytaxtı Parisdə UEFA-nın 48-ci Növbəti Konqresi keçiriləcək.
Apasport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Tədbir "Maison de la Mutualite" konfrans mərkəzində təşkil olunacaq. Konqresdə AFFA da təmsil olunacaq. Tədbirdə qurumun vitse-prezidentləri Elşad Nəsirov, Vaqif Sadıqov və baş katib Sərxan Hacıyev iştirak edəcək.
Qeyd edək ki, assosiasiyanın nümayəndə heyəti Millətlər Liqasının bu gün baş tutacaq püşkatmasına da qatılacaq.
0
0