AFFA rəsmisi “Barselona”nın oyununda
07.12.2023 - 11:32

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb.
Apasport.az xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.
Qurum rəsmisi UEFA Çempionlar Liqasının H qrupunda keçiriləcək “Antverpen” (Belçika) - “Barselona” (İspaniya) qarşılaşmasının UEFA nümayəndəsi olacaq. Bu matç dekabrın 13-də Belçikanın Deurne şəhərində baş tutacaq.
0
0