AFFA "Sabah"ı cəzalandırdı
15.12.2022 - 15:27

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında baş verənlər müzakirə olunub.
“Kəpəz” - “Turan Tovuz” matçında 4 oyunçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat cərimə edilib. “Səbail” - “Sabah” oyununda qonaqların qapıçısı Nicat Mehbalıyev qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. O, bu üzdən 1 matçlıq cəzalanıb, klubunu 200 manat cəriməyə məruz qoyub. “Sabah” 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün daha 800 manat ödəyəcək.
0
0