Almeydaya yeni müqavilə təklifi olacaq?
06.01.2023 - 13:13

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeydanın müqaviləsi mövsümün sonunda başa çatacaq.
Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi 33 yaşlı milliləşdirilmiş braziliyalıya hələlik yeni müqavilə təklif etməyib.
Bu səbəbdən onun “Qarabağ”dakı karyerası qeyri-müəyyəndir.
Qeyd edək ki, Almeyda bu mövsüm Ağdam təmsilçisində 29 oyun keçirib və 2 məhsuldar ötürmə edib.
0
0