"Araz-Naxçıvan" “Əl-Ərəbi” ilə bərabərə qaldı
24.07.2024 - 20:54

Yeni mövsümə Türkiyədə hazırlaşan “Araz-Naxçıvan” bu gün növbəti oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Elmar Baxşıyevin komandası Küveytin “Əl-Ərəbi” klubu ilə qarşılaşıb. Görüş 0:0 hesabı ilə başa çatıb. Bununla da təlim-məşq toplanışını yekunlaşdıran “Araz-Naxçıvan” sabah – iyulun 25-də Bakıya dönəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” daha əvvəl Türkiyədə 1 yoxlama oyunu keçirib. Komanda “Alanyaspor"la 1:1 hesablı heç-heçə edib.
0
0