“Araz-Naxçıvan” məşqləri bərpa edib
05.01.2025 - 18:49

"Araz-Naxçıvan" bu gün məşqləri bərpa edib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Dekabrın 22-də "Qarabağ" keçirilmiş matçdan sonra istirahətə yollanan futbolçular bu gün Buzovna qəsəbə stadionunda bir araya gəliblər.
2025-ci ilin ilk məşq günündə ancaq yerli futbolçular iştirak ediblər. Legionerlər isə sabahdan etibarə məşqlərə qatılacaqlar.
Komanda toplanış çərçivəsində 2 yolama oyunu keçirəcək. “Qırmızı-ağlar” yanvarın 9-da “Sumqayıt”, ayın 11-də isə “Səbail”lə qarşılaşacaqlar.
- VAR Sistemi Futbola Fayda, Yoxsa Ziyan Verdi? Azarkeşlər və Mütəxəssislər Sorğulayır
- Əvəzedicilər liqası: XXII və XXIII turun oyun cədvəli
- “Qarabağ”dan qələbə, “Zirə”dən geridönüş - YENİLƏNİB
- UEFA prezidenti Ukraynanın DÇ-2030-a ev sahibliyi etməsini dəyərləndirdi
- Avropa Kuboku yenidən Bakıda keçiriləcək
0
0