“Araz-Naxçıvan” Qəbələyə gedir
21.07.2023 - 17:36

“Araz-Naxçıvan”ın yeni mövsümə hazırlıq planı bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.
Muxtar Respublika təmsilçisi hazırlığı ölkə daxilində yekunlaşdıracaq. Birinci mərhələsini Bakıda reallaşdıran “Araz-Naxçıvan” təlim-məşq toplanışı keçirmək üçün sabah Qəbələyə yola düşəcək. İyulun 30-dək Qəbələdəki “Gilan” hoteldə məskunlaşacaq komanda hazırlıq müddətində bir yoldaşlıq oyununda gücünü sınayacaq. Oyunun tarixi və rəqib dəqiqləşməyib.
Qeyd edək ki, Premyer Liqada 2023/24 mövsümü avqustun 4-də başlayacaq.
0
0