"Araz-Naxçıvan"-"Zirə" qarşılaşmasının stadionu yenidən dəyişdirildi
09.01.2024 - 17:57

“Araz-Naxçıvan”la “Zirə” arasında keçiriləcək yoldaşlıq oyununun məkanı yenidən dəyişdirilib.
Apasport.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, oyun sabah – yanvarın 10-da, saat 15:00-da “Dalğa Arena”da start götürəcək.
Bundan öncə isə qarşılaşmanın Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılmışdı. Daha sonra isə matçın Zirə İdman Kompleksinin stadionunda keçirilməsi bildirilmişdi.
0
0