"Araz" Naxçıvana qayıdır
29.02.2024 - 21:52

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan” yüksək liqadakı yerini qoruyub-saxlayarsa, yeni mövsümə başqa stadionda başlayacaq.
Apasport.az saytına verilən məlumata görə, klub bu mövsümlük “Dalğa Arena”nı icarəyə götürsə də, mövsümün sonunda bu icarə müddəti başa çatacaq.
2024/2025 mövsümündən etibarən “Araz-Naxçıvan”ın Naxçıvana qayıdacağı gözlənilir.
Hazırda PFL standartlarına çatdırılmalı olan Naxçıvan Şəhər Stadionunun əsaslı təmirinin layihələndirilməsi işləri aparılır. Standartlardan sonra məhz bu işlərə başlanılacaq.
0
0