“Araz-Naxçıvan”dan 20-ci ev qələbəsi
27.01.2025 - 09:34

“Araz-Naxçıvan” Misli Premyer Liqasının XX turunda “Neftçi”yə 2:1 hesabı ilə qalib gəlib.
Apasport.az xəbər verir ki, bu, Muxtar Respublika təmsilçisinin Azərbaycan çempionatlarında 20-ci ev qələbəsi kimi tarixə düşüb.
Naxçıvan klubu buna öz meydanındakı 49-cu oyunda nail olub. “Araz-Naxçıvan” yarışın tarixinə evdə 20 və ya daha çox qələbə qazanan 33-cü komanda kimi düşüb.
Qeyd edək ki, naxçıvanlıların öz meydanındakı ilk qalibiyyəti 2000/01 mövsümünə təsadüf edib.
0
0