“Araz-Naxçıvan”dan növbəti qələbə - YENİLƏNİB
07.12.2024 - 16:54

Bu gün Misli Premyer Liqasında XVI tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq.
“Səbail” “Araz-Naxçıvan”ı qəbul edib. Görüş "ASCO Arena"da keçirilib. Muxtar Respublika təmsilçisi sensasiyaya imkan verməyib. Komanda 2 cavabsız qolla qələbə qazanıb.
Qeyd edək ki, tura dekabrın 9-da yekun vurulacaq.
Misli Premyer Liqası
XVI tur
7 dekabr (şənbə)
15:00. “Səbail” – “Araz-Naxçıvan” 0:2
Qollar: Ramon Maçado, 45+1-p. Bernardo Diaş, 56
Baş hakim: Rəşad Əhmədov
“ASCO Arena”
0
0