
“Araz-Naxçıvan” klubu Azərbaycan çempionatında 30-cu qələbəsini qazanıb.
Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yubiley Misli Premyer Liqasının XV turuna təsadüf edib.
Elmar Baxşıyevin baş məşqçi olduğu komanda öz meydanında “Turan Tovuz”a 1:0 hesabı ilə qalib gəlib.
Naxçıvan təmsilçisi 30-cu qələbəsini 93-cü oyunda əldə edib. Bu qələbələrdən 19-u evdə, 11-i səfərdə qazanılıb.
“Araz-Naxçıvan”ın ilk uğuru 2000/2001 mövsümünə təsadüf edib. Muxtar Respublika təmsilçisi 2000-ci il avqustun 20-də səfərdə Quba “Şahdağ”ına 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Naxçıvan klubu ölkə çempionatında 30 və daha çox qələbə qazanan 33-cü komandadır.