"Araz-Naxçıvan"ın legioneri miliyə çağırılıb
25.05.2024 - 16:29

"Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram Moldova millisinə dəvət alıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qolkiper Moldova millisinin iyunun 8-də Kipr, 11-də isə Ukrayna millisi ilə keçirəcəyi yoldaşlıq matçları üçün yığmaya çağırılıb.
Moldova millisinin təlim-məşq toplanışı iyunun 2-də başlayacaq.
0
0