"Arsenal" onunla yeni müqavilə istəyir
22.03.2023 - 10:23

"Arsenal" futbolçusu Martin Edeqorla müqaviləni uzatmağa hazırlaşır.
Apasport. az saytı xəbər verir ki, 24 yaşlı futbolçu ilə yeni anlaşma 2030-cu ilə qədər nəzərdə tutulub.
London klubunun Norveç millisinin də şərəfini qoruyan Edeqorla hazırkı müqaviləsi 2025-ci ildə bitəcək.
Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm 35 oyunda 10 qol vurub və 7 məhsuldar ötürmə edib.
0
0