
Misirin paytaxtı Qahirə şəhərində bu gün başlayacaq Atıcılıq üzrə Dünya Kubokunda ölkəmizi 2 idmançımız təmsil edəcək.
Apasport.az xəbər verir ki, atletlərimiz Nigar Nəsirova və Ruslan Lunyov yarışlarda iştirak edəcəklər.
Ruslan Lunyov kişilər arasında 10 m məsafədən pnevmatik tapança ilə atəş açma, 25 m məsafədən tapança ilə sürətli atəş açma, Nigar Nəsirova isə qadınlar arasında 10 m məsafədən pnevmatik tapança ilə atəş açma, 25 metr məsafədən standart tapança ilə atəş açma, eyni zamanda Nigar Nəsirova və Ruslan Lunyov 10 m pnevmatik tapança qarışıq komanda yarışlarında iştirak edəcəklər.
Qeyd edək ki, Dünya Kubokuna fevralın 1-də yekun vurulacaq.