Avropa kubokunun ilk günündə 2 medal
07.05.2023 - 11:54

Azərbaycan cüdoçuları Paris Avropa kuboku turnirinin ilk günündə 2 medal əldə edib.
Apasport.az saytının məlumatına görə, Fransada keçirilən yarışda komandamız 1 qızıl və 1 bürünc mükafat qazanıb.
İlk gündə 9 cüdoçumuz tatamiyə çıxıb. Onlardan bütün rəqiblərinə qalib gələn Nizami İmranov (60 kq) çempion tituluna yiyələnib. 66 kq çəkidə isə Aydın Rzayev bürünc medalla kifayətlənib.
0
0