Avropa Oyunları: Ramazanova 1/32 finalda dayandı - FOTO
27.06.2023 - 15:53

Krakov-2023 III Avropa Oyunlarında kamandan oxatma yarışları davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün qadınların fərdi yarışında 1/32 final görüşləri keçirilir.
Azərbaycan yığmasının açılış mərasimindəki bayraqdarı Yaylagül Ramazanova da növbəti sınağına çıxıb. O, Paulina Ramanauskayte (Litva) ilə görüşüb. 5:6 hesabı ilə uduzan təmsilçimiz Krakov-2023-lə vidalaşıb.
Qeyd edək ki, Yaylagül kamandan oxatmada yeganə təmsilçimiz idi.
0
0