
"Təəssüflər olsun ki, artıq 4 matçdır Gəncədə uduzuruq".
Apasport.az saytı xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Azər Məmmədov deyib.
Öz meydanında 0:1 hesabı ilə uduzan Gəncə klubunun çalışdırıcısı evdəki məğlub olmamaq üçün əllərindən gələni etdiklərini bildirib: "Qəbələ" ilə oyundan sonra komandamızın baş məşqçisi Azər Məmmədov matç ilə bağlı fikirlərini jurnalistlərlə bölüşüb: "Danışılası çox şey yoxdur. Səbəb odur ki, evdə məğlubiyyət seriyası davam edir. Təəssüflər olsun ki, artıq 4 matçdır Gəncədə uduzuruq. Açığını desəm, bu görüşə çox yaxşı hazırlaşmışdıq. Uşaqlar əllərindən gələni etdilər ki, məğlub olmayaq. Sadəcə, olmayanda olmur. Bizim üçün 6 xallıq oyun idi. Çalışırdıq ki, ən azından "Qəbələ"yə uduzmayaq. Çempionat davam edir. Futbolçulara güvənirəm. Çempionatın sonuna qədər də bu komanda ilə elitada qalmağa səy göstərəcəyik".